Argentina çətinliklə də olsa mərhələ adladı – İcmal


Argentina Mayamidə keçirilən 2026-cı il FİFA Dünya Kubokunun 1/16 final mərhələsində Kabo-Verde millisini əlavə vaxtda 3-2 hesabı ilə məğlub edib.
Yeniavaz.com
xəbər verir ki, qələbə qollarını Lionel Messi (29-cu dəqiqə) və Lisandro Martines (92) vurub. Məğlub komandanın qollarını Deroy Duarte (59) və Sidney Kabral (103) vurub.
Kabo-Verdeli Diney isə 111-ci dəqiqədə öz qapısına qol vurub.
1/8 final mərhələsində Argentina Avstraliyanı məğlub etmiş (1-1, penaltilərdə 4-2) Misirlə qarşılaşacaq. Matç iyulun 7-də Atlantada keçiriləcək.
Digər tərəfdən, Kolumbiya Kanzas-Sitidə keçirilən Dünya Kubokunun 1/16 final mərhələsində Qananı 1-0 hesabı ilə məğlub edib.
Qolu 14-cü dəqiqədə Con Arias vurub.
Kolumbiya komandası 1/8 finalın son iştirakçısı olub. Cənubi Amerikalıların növbəti rəqibi pley-offun ilk turunda Əlcəzairi 2-0 hesabı ilə məğlub edən İsveçrə olacaq. Qarşılaşma iyulun 7-də Vankuverdə keçiriləcək.
Qeyd edək ki, Dünya Kuboku ABŞ, Kanada və Meksikada keçirilir. Turnir 19 iyulda başa çatacaq. Hazırkı çempion Argentina millisidir.

DİGƏR XƏBƏRLƏR

Top