Türkiyədə avtobus qəzası − 40 nəfər xəsarət aldı


Türkiyədə İstanbuldan İraqa gedən avtobus qəza törədib.
Yeniavaz.com
 DHA agentliyinə istinadən xəbər verir ki, qırx nəfər yaralanıb.
Bildirilib ki, xəsarət alanlar arasında uşaqlar da var.
Qəza cümə günü yerli vaxtla saat 17:00 (Bakı vaxtı idə 18:00 - red.) radələrində Türkiyənin mərkəzindəki Ankara-Niğde magistral yolunda, Aksaray şəhəri yaxınlığında baş verib. İlkin araşdırmalara görə, sürücü idarəetməni itirib və nəticədə avtobus magistral yoldan çıxaraq aşıb. Avtobusda olan 37 sərnişin, iki sürücü və bir bələdçi Aksaraydakı xəstəxanalara aparılıb.

DİGƏR XƏBƏRLƏR

Top