
3 iyul axşamı Rusiya qüvvələri Zaporojye şəhərinə hücum edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ukraynanın Zaporojye vilayətinin rəhbəri İvan Fedorov məlumat verib.
Onun məlumatına görə, Rusiya qoşunları həmin axşam şəhərə və bölgəyə bir neçə dəfə hücum edib. Raket zərbələri və pilotsuz təyyarə hücumları təhlükəsi səbəbindən bölgədə hava hücumu xəbərdarlığı edilib.
Zaporojyedə yaşayış və qeyri-yaşayış binalarına, eləcə də sənaye müəssisəsinə zərbələr endirilib. Hücum nəticəsində şəhərin iki sakini həlak olub, 21 nəfər yaralanıb. On iki nəfər xəstəxanalara aparılıb. Yaralılar arasında iki yeniyetmə də var.
Tətbiqimizi yükləyə bilərsiniz