Dollarla satışın qanunsuz olması barədə daha bir məhkəmə QƏTNAMƏ qəbul edib

Azərbaycanda dollarla alqı-satqının qanunsuz hesab edilməsi barədə bir müddət öncə Bakı şəhər Nəsimi rayon məhkəməsi qətnamə qəbul etmişdi. Bu günlərdə isə belə bir qətnaməni Yasamal rayon məhkəməsinin hakimi Zəfər Quliyev qəbul edib. Yeniavaz.com xəbər verir ki, vətəndaş Qəribova Səkinə Həbib qızı 16 fevral 2015-ci il tarixdə paytaxtda fəaliyyət göstərən dükandan 12 ay müddətinə 540 manata nisyə kompüter alıb. Lakin dükan müqavilədə qiyməti dollara bağlayaraq 687,96 dollar kimi göstərib. Vətəndaş borcu manatla tam ödəyən dövrdə devalvasiya baş verib. Manatla borc tam ödənilsə də, dükan müqaviləyə istinad edərək əlavə (məzənnə fərqi) 374 manatın, habelə 360 manat dəbbə pulun da ödənilməsini tələb edib. Vətəndaş isə bunu ödəməkdən imtina edib. Dükan məhkəməyə müraciət edib. Lakin məhkəmə dollarla satışın qanunsuz hesab edilməsi barədə qətnamə qəbul edib.

Ekspertlər bildirirlər ki, kredit və əmanət müqavilələrindən başqa heç bir müqavilədə (alqı-satqı, xidmət, iş, icarə, lizinq və s.) qiymət birbaşa və ya dolayısı ilə xarici valyutada göstərilə bilməz. Belə hallarla rastlaşan vətəndaşlara məhkəməyə müraciət etmək tövsiyə edilir.

DİGƏR XƏBƏRLƏR

Top