Londondakı Azərbaycan Evinin rəhbəri vəfat etdi


Londonda fəaliyyət göstərən Azərbaycan Evi Mədəniyyət və Dostluq Mərkəzinin rəhbəri Əli Tekin Atalar vəfat edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyi məlumat yayıb.
Bildirilib ki, Əli Tekin uzun illər ərzində Azərbaycanın Böyük Britaniyada tanıdılması və Azərbaycan icmasının birliyi istiqamətində böyük xidmətlər göstərib:
“Onun Azərbaycan və Britaniya arasında əlaqələrin inkişafına, Azərbacan - Türkiyə qardaşlığının möhkəmlənməsinə verdiyi töhfələr hər zaman ehtiramla xatırlanacaq”.

DİGƏR XƏBƏRLƏR

Top