TƏBİB dənizdə batan şəxslə bağlı məlumat yaydı – Yenilənib


Sumqayıt şəhəri, Corat qəsəbəsində dənizdə boğulan şəxsə zəruri tibbi xidmətlər göstərilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi məlumat yayıb.
Bildirilib ki, Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 2004-cü il təvəllüdlü oğlan hospitalizasiya olunub.
Dənizdə boğulma təhlükəsi diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti stabildir.

***17:18
Sumqayıt şəhəri, Corat qəsəbəsində ən yaxın xilasetmə məntəqəsindən 900 metr aralı, dənizdə nəzarətsiz ərazidə 2 nəfər batıb.
Yeniavaz.com
xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Məlumata görə, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları çağırış üzrə cəlb olunub.
Dalğıc-xilasedicilər tərəfindən həyata keçirilən operativ xilasetmə əməliyyatı nəticəsində 2004-cü il təvəllüdlü Murad Azad oğlu Yarıyev xilas edilib, 1 nəfərin isə meyiti (qadın) suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

DİGƏR XƏBƏRLƏR

Top