
Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) münaqişəli vəziyyət zamanı ağzını bağladığına görə oyunçunun meydandan qovulmasını nəzərdə tutan qaydanı tətbiq etməyəcək.
Yeniavaz.com xəbər verir, bu barədə “The Athletic” portalı məlumat yayıb.
Məlumata görə, Dünya Kubokundan əvvəl Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) bir neçə qayda dəyişikliyi edib. O qaydalardan biri də ağzını əli, çiyni və ya forması ilə örtən istənilən oyunçunun birbaşa qırmızı vərəqə alması olub. Qaydaya görə, bu cür hərəkətlər söhbətin məzmununu televiziya kameralarından gizlətmək cəhdi hesab olunur.
Qeyd edək ki, Paraqvay millisinin oyunçusu Migel Almiro münaqişəli vəziyyət zamanı ağzını bağladığına görə meydandan qovulan ilk oyunçu olub. Almiro bu hərəkətinə görə, Dünya Kubokunun qrup mərhələsinin ikinci turunda Türkiyəyə qarşı (1-0) oyunda qırmızı vərəqə alıb.
Tətbiqimizi yükləyə bilərsiniz