İsrail HƏMAS-ın “Şucaiyyə” batalyonunun komandirini zərərsizləşdirdi


İsrail Qəzza zolağının şimalına daha bir zərbə endirdiyini açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (İDF) mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, məqsəd HƏMAS hərəkatının hərbi qanadı olan “Şucaiyyə” Batalyonunun hərbi təhlükəsizlik şöbəsinin rəhbərini zərərsizləşdirmək olub.
“İsrail Müdafiə Qüvvələri Qəzza zolağının şimalına zərbə endirərək HƏMAS-ın “Şücaiyyə” Batalyonunun Hərbi Təhlükəsizlik İdarəsinin rəisi Məhəmməd Naim Candiyanı zərərsizləşdirib”, - mətbuat xidməti bildirib.
Mətbuat xidmətinin məlumatına görə, Candiya 7 oktyabr 2023-cü ildə HƏMAS-ın Qəzza zolağından İsrailə hücumu zamanı “Nuxba” Xüsusi Təyinatlı Qüvvələrinin “terrorçu bölməsinə komandanlıq edib” və girovların qaçırılmasında və saxlanılmasında iştirak edib.
Bundan əlavə, İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, Candiya Qəzza zolağında “HƏMAS terror təşkilatı tərəfindən keçirilən girovların azad edilməsi mərasimlərində iştirak edən maskalı döyüşçülərdən biri” olub.
Mətbuat xidməti əlavə edib ki, zərbələrdən əvvəl mülki əhaliyə dəyən ziyanı minimuma endirmək üçün addımlar atılıb.

DİGƏR XƏBƏRLƏR

Top