İtaliyada helikopter qəzaya uğrayıb, 6 nəfər ölüb

İtaliyada xilasedicilərin olduğu helikopter qəzaya uğrayıb. “Tvrain.ru” saytının məlumatına görə, nəticədə 6 nəfər ölüb. Helikopter Abrutso bölgəsinin Lakuila vilayətində olarkən radarlardan itib. İlkin məlumatlarına görə, ekipaj Kampo Feliçe dağ xizəyi kompleksinin yaxınlığında qəza siqnalı verib. Helikopter 600 metr hündürlükdən yerə düşüb. Hadisə baş verən zaman ərazidə hava dumanlı olub. Xilasetmə əməliyyatının aparılmasına pis hava şəraiti mane olur.APA

DİGƏR XƏBƏRLƏR

Top