
Massimiliano Alleqri İtaliyanın “Napoli” futbol klubunun baş məşqçisi təyin edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, italiyalı mütəxəssis üç illik müqavilə imzalayıb. O, ötən mövsümün sonunda klubdan ayrılan həmyerlisi Antonio Konteni əvəz edəcək.
Qeyd edək ki, 58 yaşlı Allegri ötən mövsüm “Milan”a rəhbərlik edib. Komanda İtaliya liqasında beşinci yeri tutub və liqanın ilk dörd komandasının birbaşa vəsiqə qazandığı Çempionlar Liqasına vəsiqə qazana bilməyib.
Xatırladaq ki, Alleqri 2021-ci ildən 2024-cü ilə qədər “Yuventus”un baş məşqçisi olub. 2014-cü ildən 2019-cu ilə qədər isə “Turin” klubuna rəhbərlik edib. Onun rəhbərliyi altında “Yuventus” beş İtaliya çempionluğunu (2015-2019), beş İtaliya Kubokunu (2015-2018, 2024) qazanıb və iki dəfə Çempionlar Liqasının finalına (2015, 2017) yüksəlib. Alleqri ilk dəfə 2010-cu ildə “Milan”a rəhbərlik edib, dörd mövsüm baş məşqçilik edib və komandaya 2011-ci ildə İtaliya liqasında və İtaliya Super Kubokunda qələbələr qazandırıb.
Tətbiqimizi yükləyə bilərsiniz