İŞİD mülki əhalinin Mosulu tərk etməsinə imkan vermir

Mosulu tərk etmək istəyən mülki əhali İŞİD-in böyük təzyiqləri ilə üzləşib. "Yeniavaz.com"un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, BMT-nin insan hüquqları üzrə Ali komissarının mətbuat katibi Ravina Şamdasani Cenevrədə keçirdiyi brifinqdə deyib ki, terrorçular Mosulu tərk etmək istəyən dinc əhaliyə divan tutur, eyni zamanda xəstəxanalardan özlərinin hərbi bazaları kimi istifadə edirlər. Nəticədə dinc əhali koalisiya güclərinin aviazərbələri nəticəsində həlak olurlar. Şamdasani: "İŞİD özlərinin nəzarəti altında olan əraziləri tərk etmək istəyən dinc əhaliyə hücum edir. Bizdə olan məlumata görə terrorçular nəzarətləri altında olan əraziləri tərk etmək istəyən əhaliyə atəş açıblar",-deyib. Şamdasani həmçinin qeyd edib ki, koalisiya güclərinin şəhərə endirdikləri aviazərbələr dinc əhali arasında itkilərə gətirib çıxarır. Onun sözlərinə görə, Mosul uğrunda gedən döyüşlərdə terrorçular dinc əhalidən canlı sipər kimi istfadə edirlər.

DİGƏR XƏBƏRLƏR

Top