Əcnəbi turistlər işğaldan azad olunan rayonlarda 545 gecə qalıblar


Bu ilin may ayı ərzində Azərbaycana səfər edən əcnəbi turistlər işğaldan azad olunan rayonlarda 545 gecə keçiriblər.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, əcnəbi turistlər ən çox Şuşa şəhərində gecələyiblər. Belə ki, may ayında əcnəbi turistlər Şuşada 459 gecə keçiriblər.
Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə əcnəbi turistlər Şuşada 705 gecə qalıblar. Şuşaya səfər edən əcnəbilər yalnız otellərdə qalıblar. Şuşadan başqa, işğaldan azad olunmuş digər rayonlardan yalnız Laçın və Zəngilan rayonlarında gecələmə olub. May ayında əcnəbi turistlər Zəngilanda 69, Laçında isə 17 gecə qalıblar.
Cəbrayıl, Kəlbəcər, Qubadlı, Xocavənd, Xocalı, Ağdərə rayonlarında və Xankəndi şəhərində əcnəbi turistlər bir gecə belə qalmayıblar.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top