Ən uzun müddət qol buraxmayan qapıçı oldu


İspaniya millisinin qapıçısı Unay Simon Dünya Kuboklarında ən uzun müddət qol buraxmayan qapıçı kimi rekorda imza atıb.
Yeniavaz.com
xəbər verir ki, bununla da o, İtaliya millisinin qapıçısı Valter Zenqanı geridə qoyub.
Belə ki, Simon Dünya Kuboklarında ardıcıl 519 dəqiqə qol buraxmayıb. Zenqa isə ardıcıl 517 dəqiqə qapısını toxunulmaz saxlayıb.
İspaniya cari Dünya Kubokunda dörd oyunda qol buraxmayıb. İspanlar 1/16 finalda avstriyalıları 3-0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, İspaniya iyulun 6-da 1/8 finalda Portuqaliya ilə qarşılaşacaq.
Xatırladaq ki, 29 yaşlı Simon 2018-ci ildən bəri “Atletik Bilbao”da oynayır. Qapıçı komanda ilə birlikdə Kral Kubokunu (2024) və İspaniya Super Kubokunu (2021) qazanıb. O, həmçinin Avropa çempionu (2024) və Millətlər Liqasının 2022/23-cü il mövsümünün qalibidir.

DİGƏR XƏBƏRLƏR

Top