Paşinyan İrana getdi – Pezeşkianla görüşdü


Ermənistanın Baş naziri Nikol Paşinyan İrana səfəri çərçivəsində İran Prezidenti Məsud Pezeşkianla görüşüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Baş nazir bir daha Ali Lider Əli Xameneinin vəfatı ilə bağlı başsağlığı verib.
Pezeşkian rəsmi vida mərasimində iştirak etdiyinə görə Paşinyana təşəkkür edib. O, Tehranın Ermənistanın İrana qarşı mövqeyini və bu çətin dövrdə İran üçün göstərdiyi humanitar yardımı yüksək qiymətləndirdiyini qeyd edib.
İran Prezidenti həmçinin İran və Ermənistan arasında ikitərəfli münasibətlərin inkişaf edib möhkəmlənəcəyinə əminliyini bildirib.
Tərəflər regional vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar, sülhün, sabitliyin və regional əməkdaşlığın bərqərar olması üçün atılan addımların vacibliyini qeyd ediblər.
Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan İrana işgüzar səfərə gedib. Onu Tehranın Mehrabad Beynəlxalq Hava Limanında İranın vitse-prezidenti Seyid Həmid Purməhəmmədi qarşılayıb. O, Tehranda İranın mərhum Ali Lideri Əli Xamenei ilə rəsmi vida mərasimində iştirak edəcək.
Ermənistan nümayəndə heyətinə Baş nazirin müavini Mqer Qriqoryan, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və xarici işlər nazirinin müavini Vaaqn Kostanyan da daxildir.


DİGƏR XƏBƏRLƏR

Top