
Bakı şəhər Suraxanı rayonu Əmircan qəsəbəsində 113 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən “Karsan” markalı avtobus yoldan çıxaraq ağaca çırpılıb.
Yeniavaz.com xəbər verir ki, hadisə nəticəsində avtobusda olan sərnişinlər və sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, 01.07.2026-cı il tarixində saat 10:30 radələrində 11 nəfər (5 qadın, 6 kişi olmaqla) Sabunçu Tibb Mərkəzinin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:
“Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar”.
Sosial şəbəkələrdə hadisə yerində çəkilmiş kadrlar yayılıb:
Tətbiqimizi yükləyə bilərsiniz