Misir millisinin üzvləri ilə ABŞ polisi arasında mübahisə düşdü – Video


Misir milli komandası cümə günü Avstraliya ilə keçiriləcək Dünya Kubokunun 1/16 final mərhələsi oyunundan əvvəl Dallasa gəlib.
Yeniavaz.com
xəbər verir ki, Afrika komandasının qalacağı otelin qarşısında heyət üzvləri ilə polis məmurları arasında mübahisə yaranıb.
Məlumata görə, Misir millisinin baş məşqçisi Hossam Həsən azyaşlı uşağın oyunçularla şəkil çəkdirməsinə polisin mane olmasından sonra qəzəblənib. Onun reaksiyası qızğın mübahisəyə səbəb olub. Təhlükəsizlik işçiləri, məşqçilər heyətinin üzvləri və bəzi oyunçular arasında şifahi mübahisə və itələmə baş verib.
Hadisə anının kadrlarını təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top