Tbilisi-Bakı qatarı ilə Azərbaycana nə qədər əcnəbi gəlib?


Məlum olduğu kimi, 26 may tarixindən etibarən Bakı-Tbilisi-Bakı sərnişin qatarı fəaliyyətə başlayıb.
Yeniavaz.com
xəbər verir ki, Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyətə başlaması nəticəsində təxminən 6 illik fasilədən sonra əcnəbilər Azərbaycana quru yolla daxil olmağa başlayıblar.
Qeyd edək ki, bu ilin ilk 5 ayı ərzində turizm məqsədilə Azərbaycana xarici ölkələrdən 564 min 237 nəfər xarici ölkə vətəndaşı gəlib. Azərbaycana gələn əcnəbi turistlərin cəmi 176 nəfəri ölkəyə quru yolla daxil olub. May ayının son 6 günündə quru yolla ölkəyə gələn 176 nəfərin hamısı Gürcüstan vətəndaşları olub. Bu isə o deməkdir ki, may ayında orta hesabla hər gün 29 nəfər Gürcüstan vətəndaşı quru yolla Azərbaycana gəlib.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top