Venesuelada baş verən zəlzələlərdə ölənlərin sayı 2500-ü keçdi


Venesuelada baş verən zəlzələlərdə ölənlərin sayı 2595 nəfərə çatıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriqes mətbuat konfransında bildirib.
Zəlzələ nəticəsində yaralanaların sayı 12 400-ü keçib.
Lakin Rodriqes neçə nəfərin itkin düşdüyünü dəqiqləşdirməyib.
Qeyri-rəsmi media məlumatlarına görə, itkin düşənlərin sayı təxminən 38 min 500 nəfərdir.
Venesuelanın müvəqqəti prezidenti həmçinin hökumətin iki zəlzələnin vurduğu dağıntılara cavab verməkdə çox yavaş olduğuna dair məlumatları təkzib edib.
“Ölkəmizdə seysmik hadisənin baş verə biləcəyini bilsək də, bu, təsəvvür edə bilməyəcəyimiz böyüklükdə təbii bir faciə idi”, - Rodriqes bildirib.
Rodriqes axtarış-xilasetmə əməliyyatlarının davam etdiyini deyib.

DİGƏR XƏBƏRLƏR

Top