Kəmaləddin Heydərov generalı vəzifədən azad etdi – KİV


Fövqəladə Hallar Nazirliyinin Aviasiya Dəstəsinin rəisi, general-mayor Əşrəf Qasımovun tutduğu vəzifədən azad edildiyi bildirilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Manşet” məlumat yayıb.
Bildirilib ki, bununla bağlı hövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb.
“Nazirin digər əmri ilə FHN-in baş hərbi eksperti, general-mayor Fərhad Səmədov Milli Aviasiya Dəstəsinin rəisi təyin olunub”, - sayt yazır.

Fərhad Səmədov

Qeyd edək ki, Fərhad Səmədov uzun illərdir FHN-də çalışır. O, bundan əvvəl FHN-in Mülki müdafiə işinin təşkili Baş idarəsinin Mülki müdafiə tədbirlərinin təşkili idarəsinin rəisi vəzifəsində çalışıb.

DİGƏR XƏBƏRLƏR

Top