
ABŞ İrana xaricdə yerləşən bəzi İran aktivlərinin dondurulmasının ləğvi müqabilində Hörmüz boğazından keçən gəmilər üçün rüsum almaq planlarından imtina etməyi təklif edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti mənbələrə istinadla məlumat yayıb.
Qəzetin məlumatına görə, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşner bu həftə Dohaya səfər ediblər və orada Pakistan və Qətər vasitəçiləri ilə danışıqlarda yaranmış çıxılmaz vəziyyətdən çıxış yollarını müzakirə ediblər.
Qəzet yazır ki, Vaşinqton xaricdə dondurulmuş təxminən 100 milyard dollarlıq İran vəsaitlərinin bir hissəsinə çıxış müqabilində gəmilərdən rüsum almaq ideyasından imtina etməsini təklif edib.
“The Wall Street Journal” qəzetinin məlumatına görə, İran təklifi rədd edib və Hörmüz boğazına nəzarət etmək hüququnda təkid etməkdə davam edib. Həmçinin, İran ordusu Tehranın təsdiq edilmiş marşrutlarından kənara çıxan gəmilərə qarşı sərt tədbirlər görməklə hədələyib.
Tətbiqimizi yükləyə bilərsiniz