
“Meqaplus” firması “Azərişıq” ASC-nin keçirdiyi tender müsabiqəsinin qalibi olub.
Yeniavaz.com açqılanan rəsmi məlumatlara istinadən bildirir ki, “Meqaplus” firması Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan şəhəri Qaraçuq, Babək rayonu Nəzərabad-Dividar, Ordubad rayonu Dəstə, Şahbuz rayonu Kükü və Kəngərli rayonu Təzəkənd-Xıncab kəndləri üzrə komplekt transformator məntəqələrinin (KTM), 10 və 0,4 kV-luq paylayıcı elektrik şəbəkəsinin ÖİN xətlərlə yenidənqurulması işlərini həyata keçirəcək.
Tender müsabiqəsinin şərtlərinə görə “Meqaplus” firması görüləcək işlərin qarşılığında “Azərişıq” ASC-dən 13 milyon 160 min 99 manat 75 qəpik alacaq.
Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 20 manat olan “Meqaplus” firması 24.04.2000-ci il tarixində dövlət qeydiyyatına alınıb. Sumqayıt şəhəri, Məh 3, ev 6/21, m. 14 ünvanında yerləşən “Meqaplus” firmasının qanuni təmsilçisi Seyidov Abuzər Bəkir oğludur.
Qeyd edək ki, “Meqaplus” firması barədə açıq internet resurslarda geniş məlumat mövcud deyil. Azsaylı məlumatlardan belə görünür ki, “Meqaplus” firması tikinti sektorunda fəaliyyət göstərir və dövlət qurumlarının keçirdiyi milyonlarla manat dəyərində tender müsabiqələrində qalib olur.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz