
Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldo 2026-cı il Dünya Kubokundan sonra milli komandadakı karyerasını başa vuracaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə onun bacısı Katya Aveiro “Sport TV”yə məlumat verib.
“Aldığım məlumata görə, Kriştianu Ronaldonun milli komandadakı karyerası başa çatmaq üzrədir. Bəlkə də bu gün yox, amma inanıram ki, bu, həqiqətən də son turnirdir. Etibarlı mənbəyə görə, bu Dünya Kuboku onun milli komanda “son rəqsi” olacaq”, - Aveyru bildirib.
Qeyd edək ki, 41 yaşlı Ronaldo beşqat Çempionlar Liqasının, Avropa çempionunun və ikiqat Millətlər Liqasının qalibidir. O, milli komandalar, Avropa çempionatları, Çempionlar Liqası və Klublararası Dünya Kuboku tarixində ən çox qol vurma rekorduna sahibdir. O, 2022-ci ilin dekabr ayından bəri Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda oynayır. Hücumçu karyerası ərzində “Sportinq”, “Mançester Yunayted”, “Yuventus” və “Real Madrid”də də oynayıb. Ronaldo beş dəfə "Qızıl top" mükafatını qazanıb.
Tətbiqimizi yükləyə bilərsiniz