Kiyevdə ölənlərin sayı 30-a çatdı


Xəbər verdiyimiz kimi, 3 iyul Kiyevdə Rusiyanın Ukrayna paytaxtına kütləvi hücumu nəticəsində baş verən böyük qurbanlar üçün matəm günü elan edilib.
Yeniavaz.com
xəbər verir ki, Rusiya qoşunları iyulun 2-də Kiyevə raket və dronlarla zərbələr endirib.
Bütün gecə davam edən axtarış-xilasetmə əməliyyatından sonra, bu gün səhər Ukrayna Fövqəladə Hallar Xidməti “Telegram” kanalında dağıntılar altında daha üç cəsədin tapıldığını bildirib.
Bununla da ölənlərin sayı 30-a çatıb.
Kiyevdə dağıdılmış obyektlər arasında Qırmızı Xaç logistika mərkəzi də var və təşkilatın məlumatına görə, burada humanitar yardım üçün nəzərdə tutulmuş 320 min əşya, tibbi avadanlıqlar və generatorlar da daxil olmaqla 1,8 milyon dollar dəyərində avadanlıq yandırılıb.

DİGƏR XƏBƏRLƏR

Top