
Tehranda İranın sabiq Ali Lideri Ayətullah Seyid Əli Xamenei ilə vida mərasimləri başlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə İranın “Press TV” telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, tabut Tehranda İmam Xomeyni Hüseyni abidəsinin yaxınlığında mərasimin keçirildiyi yerə çatdırılıb.
Mərasimdə böyük bir izdiham iştirak edir. İranlılar Xameneinin tabutuna toxunmaq üçün bir-biri ilə yarışırlar.
Qeyd edək ki, vida mərasimində 100-ə yaxın ölkədən nümayəndənin iştirak edəcəyi gözlənilir.
Xatırladaq ki, Xameneinin vida mərasimi iyulun 4-dən 9-dək Tehran, Qum, Nəcəf, Kərbəla və Məşhəd şəhərlərində keçiriləcək.
Xameneinin cənazəsi Məşhəddəki İmam Rza türbəsində dəfn olunacaq.
Tətbiqimizi yükləyə bilərsiniz