Paytaxtın bu ərazilərində işıq olmayacaq


İyulun 3-də Bakının bir sıra ərazilərində planlı təmir və yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyətlər yaranacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Məlumata görə, Səbail Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində aparılacaq iməcilik işləri ilə əlaqədar saat 09:00-dan 12:00-dək Badamdar qəsəbəsinin İqor Ağayev küçəsində və 20-ci sahə yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq.
“Həmin tarixdə və saatlarda Zirə Enerji Təchizatı və Satışı İdarəsinə (ETSİ) daxil olan Pirallahı qəsəbəsində Transformator Məntəqəsində (TM) iməcilik işləri icra olunacaq. Planlı fasilə qəsəbədə 2, 6, 8, 10, 12, 14, 16, 22 və 24 nömrəli yaşayış binalarını, Kamil Rzayev küçəsindəki, həmçinin Pirallahı Tibb Mərkəzi və onun əhatəsində yerləşən fərdi yaşayış evlərini əhatə edəcək.
Həmçinin 3 iyul tarixində Nizami RETSİ ərazisindəki TM-də həyata keçiriləcək təmir-təftiş işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Rüstəm Rüstəmov küçəsi və Qara Qarayev prospektinin bəzi yerləri gərginliksiz qalacaq. 
Xətai RETSİ ərazisində bir sıra 6 kV-luq hava xətləri üzrə elektrik naqilləri yenilənəcək. Aparılan yenidənqurma işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Polad Həşimov və Zeytun küçələrində enerjinin verilişində fasilə olacaq.
Təmir və yenidənqurma işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq”, - qurumun məsələ ilə bağlı yaydığı məlumatda qeyd olunur.

DİGƏR XƏBƏRLƏR

Top