Çinin raketlərini Rusiya sərhədində yerləşdirməsinə Moskvadan reaksiya

"Çin nüvə silahına malik dövlət kimi öz raketlərini maraqlarına uyğun şəkildə ərazisinin istənilən yerində yerləşdirə bilər". "Yeniavaz.com"un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu sözləri Federasiya Şurasının Beynəlxalq Əlaqələr komitəsi sədrinin birinci müavini Vladimir Cabbarov deyib. Onun sözlərinə görə, belə bir xəbər onlar üçün gözlənilməz olsa da, burada hər hansı problem yoxdur və Rusiyanın raketləri də sərhədyanı ərazilərdə yerləşir. Cabbarov: "Bu o demək deyil ki, Çin raketləri Moskvaya tuşlanıb. Onların ətrafında Şimali və Cənubi Koreya, Yaponiya da var. Bu, qitələrarası raketlərdir və onlar sərhədyanı əraziləri deyil, digər qitələrə tuşlanırlar. Raketlərin hədəfində ABŞ-da ola bilər",-deyib.

DİGƏR XƏBƏRLƏR

Top