
Dünya Çempionatının 1/16 final mərhələsində İspaniya və Avstriya milliləri üz-üzə gəlib.
Yeniavaz.com xəbər verir ki, Bakı vaxtı ilə 2 iyul 23:00-da start götürən görüş ispanların əzmkar qələbəsi ilə başa çatıb – 3:0.
Qaliblərin heyətində Mikel Oyarzabal (36, 89) və Pedro Porro (66) fərqlənib.
Bu nəticə ilə İspaniya 1/8 final mərhələsinə vəsiqə qazanıb. Onlar bu mərhələdə Portuqaliya-Xorvatiya qarşılaşmasının qalibi ilə mübarizə aparacaqlar.
Tətbiqimizi yükləyə bilərsiniz