
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putinlə regional məsələlərlə bağlı müntəzəm məsləhətləşmələr aparır.
Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan “CNN Türk”ə danışıb.
“Bildiyiniz kimi, prezidentimiz cənab Putinlə müntəzəm olaraq məsləhətləşir. Çünki bizim üçün vacib olan bölgəmizə, Qara dəniz hövzəsində davam edən münaqişəyə baxın. Qafqaz bizim üçün vacibdir, Orta Asiya və Yaxın Şərq vacibdir. Və bütün bu bölgələrdə, eləcə də Afrika və Liviyada Türkiyə effektiv xarici və iqtisadi siyasət yürüdür”, - o bildirib.
Fidan əlavə edib ki, qarşı tərəfin niyyətlərini bilmirsinizsə, ən pis ssenariyə əsasən planlaşdırma aparırsınız:
“Ən pis ssenariyə görə planlaşdırma xərcləri artırır və düşmənçiliyi alovlandırır. Bu, bizim üçün əks təsirə çevrilir, bu da lazımsız münaqişələrin yaranması deməkdir”.
Tətbiqimizi yükləyə bilərsiniz