
Portuqaliyalı xilasedicilər yeddi gün əvvəl Venesuelada baş verən zəlzələ nəticəsində dağıntılar altında qalan bir nəfəri xilas edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə ölkənin Milli Fövqəladə Hallar və Mülki Müdafiə Orqanının sədri Xose Manuel Moura məlumat yayıb.
“Venesuelada təşkil etdiyimiz Birgə Operativ Qrup yeddi gündən sonra sağ qalan bir nəfəri xilas edib”, - Moura deyib.
Zəlzələ 24 iyun axşamı Venesuelada baş verib. Təxminən 40 saniyəlik intervalla 7,2 və 7,5 bal gücündə iki təkan qeydə alınıb. Onların episentrləri Venesuelanın Yaracuy əyalətində 10 kilometr aralıda yerləşib. Son məlumatlara görə, zəlzələ nəticəsində 2295 nəfər ölüb.
Tətbiqimizi yükləyə bilərsiniz