
Hörmüz boğazından gündəlik neft daşınması 10 milyon bareli keçib.
Yeniavaz.com xəbər verir ki, “Bloomberg” agentliyi adı açıqlanmayan ABŞ administrasiyasının rəsmisinə istinadən məlumat yayıb.
Rəsmi şəxsin sözlərinə görə, alternativ marşrutlarla gündə əlavə 5 milyon barel neft daşınır. Agentliyin məlumatına görə, ABŞ-İsrail arasında İrana qarşı hərbi əməliyyatdan əvvəl su yolu ilə gündə təxminən 20 milyon barel neft daşınırdı.
Bir müddət əvvəl İranın Cenevrədəki BMT-dəki daimi nümayəndəsi Əli Bəhreyni Hörmüz boğazının kommersiya gəmiləri və beynəlxalq gəmiçilik üçün açıldığını təsdiqləmişdi.
Tətbiqimizi yükləyə bilərsiniz