
2026-cı il üzrə nominal ümumi daxili məhsulun (ÜDM) həcminə əsasən dünyanın ən böyük iqtisadiyyatlarının reytinqi açıqlanıb.
Yeniavaz.com Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatlarına istinadən xəbər verir ki, siyahıya 32,4 trilyon dollarlıq ÜDM ilə ABŞ liderlik edir.
İkinci yerdə 20,9 trilyon dollarla Çin, üçüncü yerdə isə 5,5 trilyon dollarla Almaniya qərarlaşıb.
İlk beşliyi Yaponiya (4,4 trilyon dollar) və Böyük Britaniya (4,3 trilyon dollar) tamamlayır. Hindistan 4,2 trilyon dollarla altıncı, Fransa 3,6 trilyon dollarla yeddinci yerdə qərarlaşıb.
Reytinqdə İtaliya və Rusiya hər biri 2,7 trilyon dollar, Braziliya isə 2,6 trilyon dollar nominal ÜDM ilə ilk onluqda yer alır. Kanada 2,5 trilyon dollarla 11-ci, Avstraliya, Meksika və İspaniya isə hər biri 2,1 trilyon dollarla növbəti pillələri bölüşür.
Siyahıda Cənubi Koreya 1,9 trilyon dollarla 15-ci, Türkiyə 1,6 trilyon dollarla 16-cı, İndoneziya 1,5 trilyon dollarla 17-ci, Hollandiya və Səudiyyə Ərəbistanı hər biri 1,4 trilyon dollarla 18 və 19-cu, İsveçrə isə 1,1 trilyon dollarla 20-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, nominal ÜDM ölkələrin iqtisadi həcmini cari bazar məzənnələri əsasında qiymətləndirən əsas göstəricilərdən biri hesab olunur və beynəlxalq iqtisadi müqayisələrdə geniş istifadə edilir.
ABŞ – 32,4 trilyon dollar
Çin – 20,9 trilyon dollar
Almaniya – 5,5 trilyon dollar
Yaponiya – 4,4 trilyon dollar
Böyük Britaniya – 4,3 trilyon dollar
Hindistan – 4,2 trilyon dollar
Fransa – 3,6 trilyon dollar
İtaliya – 2,7 trilyon dollar
Rusiya – 2,7 trilyon dollar
Braziliya – 2,6 trilyon dollar
Kanada – 2,5 trilyon dollar
Avstraliya – 2,1 trilyon dollar
Meksika – 2,1 trilyon dollar
İspaniya – 2,1 trilyon dollar
Cənubi Koreya – 1,9 trilyon dollar
Türkiyə – 1,6 trilyon dollar
İndoneziya – 1,5 trilyon dollar
Hollandiya – 1,4 trilyon dollar
Səudiyyə Ərəbistanı – 1,4 trilyon dollar
İsveçrə – 1,1 trilyon dollar
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz