İran Xameneinin vida mərasimi ilə bağlı ABŞ və İsrailə xəbərdarlıq etdi


İran ABŞ və İsrailə ölkənin mərhum Ali Lideri Ayətullah Əli Xameneinin dəfn mərasimləri zamanı İslam Respublikasına hücum etməməyi tövsiyə edərək sərt cavab zərbələri endirəcəyi ilə hədələyib.
Yeniavaz.com
İran dövlət televiziyasına istinadla xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin “Xatəmül-Ənbiya” Mərkəzi Komandanlığının Qərargah rəisi Əli Abdullahi bildirib.  
“Bu möhtəşəm və ibrətamiz günlərdə biz İranın düşmənlərini, ilk növbədə ABŞ-ni, sionist rejimi (İsrail nəzərdə tutulur) və onların regional və regiondankənar müttəfiqlərini hər hansı səhv hərəkətlərdən çəkinməyə və silahlı qüvvələr sıralarında xidmət edən İran xalqının oğullarının əziz vətənimizə qarşı hər hansı bir təhdidə və ya təcavüzə qarşı sərt cavabını xatırlamağa çağırırıq”, - o qeyd edib.
Qeyd edək ki, Xameneinin dəfn mərasimi iyulun 3-də Tehranda başlayacaq. Cümə günü keçiriləcək anım mərasimində ən azı 100 ölkədən yüksək vəzifəli nümayəndə heyətləri iştirak edəcək. İyulun 4-dən 5-dək ayətullahın cənazəsi vida mırasimi üçün Tehranın Mosallah məscidində (İran paytaxtındakı ən böyük dini və ictimai kompleks) olacaq. İyulun 6-da Tehranın əsas küçələri boyunca matəm mərasimləri keçiriləcək, daha sonra cənazə ölkənin əsas dini mərkəzi olan Qum şəhərinə aparılacaq və iyulun 7-də burada vida mərasimi keçiriləcək. İyulun 8-də Əli Xameneinin cənazəsi qonşu İraqa göndəriləcək və orada Kərbəla və Nəcəfdə yerli şiə müsəlmanları üçün ayrıca vida mərasimləri təşkil ediləcək. Dəfn mərasimi iyulun 9-da İranda, onun doğma şəhəri Məşhəddə keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top