
Tehran və Vaşinqton nümayəndələri arasında danışıqların növbəti mərhələsi iyulun 18-də başlayacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı mənbəyə istinadla məlumat yayıb.
Yüksək vəzifəli mənbənin sözlərinə görə, İran-Amerika danışıqlarının növbəti mərhələsi dolayı yolla keçiriləcək.
İran və ABŞ nümayəndə heyətləri arasında görüş yeri barədə hələlik heç bir məlumat yoxdur.
Qeyd edək ki, iyulun 2-də Qətər və Pakistan vasitəçiləri Dohada İran və ABŞ nümayəndələri ilə ayrı-ayrı görüşlər keçirmiş və tərəflər arasında növbəti görüşün İranın keçmiş Ali Lideri Əli Xameneinin vəfatı ilə bağlı yas mərasimləri başa çatdıqdan sonra təyin olunacağı elan edilmişdi.
Tətbiqimizi yükləyə bilərsiniz