Ukrayna azərbaycanlı milyarderin zavodunu dronlarla vurdu – Video


İyulun 2-də Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Nijni Novqorod vilayətinin Kstovo şəhərindəki “Lukoil” neft emalı zavoduna dronlarla zərbə endirib.
Yeniavaz.com
xəbər verir ki, hücum Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı tərəfindən təsdiqlənib.
“Rusiyanın hərbi-iqtisadi potensialını azaltmaq məqsədilə zavoda zərbə endirilib. Onun ərazisində yanğın baş verib və ilkin məlumatlara görə, əsas neft emalı qurğusu zədələnib”, - qurumun məlumatında deyilir.
Sosial şəbəkələrdə zavodun yanmasını əks etdirən kadrlar yayılıb:

İldə təxminən 17 milyon ton neft emal edə bilən bu “Lukoil” zavodu əvvəllər də bir neçə dəfə, o cümlədən 2026-cı ilin aprel və may aylarında Ukrayna müdafiə qüvvələri tərəfindən zərbələrə məruz qalıb.
Qeyd edək ki, “Lukoil” şirkətinin həmtəsisçisi, Azərbaycan əsilli milyarder Vahid Ələkbərovdur. Onun sərvəti 29,5 milyard dollar qiymətləndirilir.

DİGƏR XƏBƏRLƏR

Top