
Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyə və Azərbaycanla enerji əlaqələrinin genişləndirilməsinin vacib olduğunu bildirib.
Yeniavaz.com xəbər verir ki, Ermənistanın baş naziri bu barədə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenlə birgə mətbuat konfransı zamanı danışıb.
“Enerji əlaqələrinin genişləndirilməsini, o cümlədən elektrik ötürücü xətlərinin tikintisini və qonşu Türkiyə və Azərbaycanla enerji əlaqələrinin inkişaf etdirilməsini vacib hesab edirəm ki, bu da həm enerji təhlükəsizliyinə, həm də yaşıl keçid prosesinə töhfə verə bilər”, - Ermənistanın Baş naziri qeyd edib.
O, həmçinin Ermənistanın Qara dənizin dibi boyunca elektrik kabeli çəkmək proqramlarında iştirakının vacibliyini qeyd edib və İrəvanın rəqəmsallaşdırma sahəsində əməkdaşlığın gücləndirilməsində maraqlı olduğunu bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz