
Sumqayıt–Bakı yolunun Masazır dairəsinə yaxın, təxminən 500 metrlik hissəsində bir neçə kanalizasiya quyusunun qapaqsız qalması sürücülərin narahatlığına səbəb olub.
Bu barədə Yeniavaz.com-a həmin ərazidən keçən sürücülər məlumat veriblər.
Ərazidə bəzi quyuların üzərinin daş və köhnə təkərlə örtülməsinə baxmayaraq, sürücülər bunun qəza riskini aradan qaldırmadığını bildirirlər.
Onların sözlərinə görə, xüsusilə gecə saatlarında və intensiv hərəkət zamanı bu vəziyyət nəqliyyat vasitələri üçün ciddi təhlükə yaradır.








Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz