Tramp yeni təyyarəsində ilk uçuşunu həyata keçirdi


ABŞ Prezidenti Donald Tramp təkmilləşdirildikdən sonra yeni “Boeing 747-8” prezident təyyarəsi ilə ilk uçuşunu həyata keçirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Məlumata görə, Tramp yeni təyyarə ilə Vaşinqtondan Şimali Dakotaya səfər edib.
Onun burada Teodor Ruzvelt Prezident Kitabxanasının açılışında iştirak edəcəyi gözlənilir.  
Kitabxananın açılışı ABŞ-nin 250 illiyini qeyd edən tədbirlərlə üst-üstə düşür və prezident kitabxanasının özü 26-cı ABŞ prezidentinin tərcümeyi-halının bir hissəsi ilə əlaqəli olan Medora şəhərində yerləşir.
Qeyd edək ki, “hava sarayı” adlandırılan “Boeing 747-8” təyyarəsi Donald Trampa 19 may 2025-ci ildə Qətərin hakim Əl-Sani ailəsi tərəfindən hədiyyə edilib.
Onun qiymətinin 400 milyon dollara çatdığı bildirilir.
Jurnalistlər qeyd ediblər ki, bu, ABŞ prezidentlərinin son 25 ildə aldıqları bütün hədiyyələrin ümumi qiymətindən 100 dəfə çoxdur.
Əvvəlki ağ və mavi prezident təyyarələrindən fərqli olaraq ağ, qırmızı və qara rənglərə boyanan təyyarə təkmilləşdirildikdən sonra istifadəyə verilib. Onun təkmilləşdirilməsi üçün çəkilən xərc gizli saxlanılır.
ABŞ Hərbi Hava Qüvvələrinin məlumatına görə, təyyarənin təkmilləşdirilməsi də 400 milyon dollar təşkil edib və vəsaitin böyük hissəsi məxfi rabitə və təhlükəsizlik sistemlərinə xərclənib.

DİGƏR XƏBƏRLƏR

Top