
Belçika millisinin yarımmüdafiəçisi Yuri Tilemans Dünya Kuboku tarixinin ən gec qolunu vurub.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Opta” statistika portalı məlumat yayıb.
Məlumata görə, belçikalı 1/16 final mərhələsində Seneqala qarşı keçirilən oyunda qələbə qolunu vurub.
Tilemans penalti zərbəsi ilə vurduğu bu qolu oyunun 124 dəqiqə 44-cü saniyəsində yerinə yetirib.
Buna qədər Dünya Kuboku tarixində qeydə alınan ən gec qollar isə aşağıdakılardır:
120:49 - Abdelmalek Cabu (Əlcəzair) Almaniya ilə (2014);
120:13 - Alessandro Del Piero (İtaliya) Almaniya ilə (2006);
119:51 - Ceffri Herst (İngiltərə) Almaniya ilə (1966 Dünya Kuboku finalı);
119:23 - Devid Platt (İngiltərə) Belçika ilə (1990).
Qeyd edək ki, oyun Belçikanın əlavə vaxtda 3-2 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, Belçika turnirin 1/8 final mərhələsinə vəsiqə qazanıb. Komanda 1/8 finalda ABŞ ilə qarşılaşacaq.
Tətbiqimizi yükləyə bilərsiniz