
Qətər və Pakistan vasitəçiləri ABŞ və İran nümayəndə heyətləri ilə görüşləri başa çatdırıblar.
Yeniavaz.com xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari “X” sosial şəbəkə səhifəsində məlumat yayıb.
Onun sözlərinə görə, Qətər və Pakistan vasitəçiləri iyulun 1-də Dohada ABŞ və İrandan olan danışıqçılarla ayrı-ayrı görüşlər keçiriblər.
Əl-Ənsari bildirib ki, tərəflər dialoqu davam etdirmək barədə razılığa gəliblər.
“Növbəti görüş İranın keçmiş Ali Lideri Əli Xameneinin vəfatı ilə bağlı yas mərasimləri başa çatdıqdan sonra təyin olunacaq”, - Əl-Ənsari əlavə edib.
Qeyd edək ki, Əli Xamenei ilə vida mərasimi iyulun 4-dən 9-na qədər Qum, eləcə də İraqın Nəcəf və Kərbəla şəhərlərində təşkil ediləcək. Dəfn isə iyulun 9-da Məşhəddə həyata keçiriləcək.
Tətbiqimizi yükləyə bilərsiniz