
İyulun 3-də günorta saatlarınadək bağlı Nərimanov, Nəsimi, Yasamal, Binəqədi rayonlarının bəzi ərazilərində suyun verilməsində fasilə yaranacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.
Bildirilib ki, fasilə su xəttinin üzərində qəzalı vəziyyətdə olan siyirtmənin yenisi ilə əvəz olunması işləri ilə əlaqədar yaranacaq.
Tətbiqimizi yükləyə bilərsiniz