Messini metal dedektorla yoxladılar, belə reaksiya verdi – Video


Xəbər verdiyimiz kimi, daha əvvəl dünya çempionatının oyunları üçün ABŞ-yə səfər edən milli komandaların üzvləri ABŞ sərhəd xidmətinin əməkdaşları tərəfindən ciddi yoxlanışlara məruz qalıblar.
Yeniavaz.com
xəbər verir ki, sözügedən anların kadrları sosial mediada yayılıb və bu hal futbol ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb.
Sosial şəbəkələrdə Argentina millisinin də oxşar prosedurla üzləşməsini əks etdirən kadrlar yayılıb.
Millinin üzvlərinin, o cümlədən hazırkı və indiyə qədərki bütün dünya çempionatlarının bombardiri (6, 19), Argentinin superulduzu Lionel Messinin bu prosesə reaksiyası sosial şəbəkələrdə maraqla qarşılanıb.
Belə ki, o təəccüblü halda gülərək metal dedktorla axtarış edən sərhəd xidməti əməkdaşlarının təlimatlarını yerinə yetirib.
Həmin görüntüləri təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top