Afrika millilərinin 86-cı dəqiqə kabusu...


Son 3 gün ərzində Dünya Çempionatı ilə vidalaşan üç Afrika millisindən ikisi – Konqo Demokratik Respublikası və Seneqal matçın əhəmiyyətli hissəsində hesabda rəqiblərindən üstün olublar.
Yeniavaz.com
xəbər verir ki, Fil Dişi Sahili (Kot-d'İvuar) isə yaxşı oyun nümayiş etdirsə də, matç boyu hesabda önə keçə bilməyib.
Lakin maraqlıdır ki, onların avropalı rəqibləri – İngiltərə, Belçika və Norveç milliləri ya qələbə qolunu, ya da matçda geridönüş etmək üçün ilk qolu 86-cı dəqiqədə vurublar.
Belə ki, Kot-d'İvuar-Norveç görüşündə Amad Diallo 74-cü dəqiqədə bərabərlik qolunu vursa da, Erlinq Holan 86-cı dəqiqədə həlledici topu qapıdan keçirib və komandasını növbəti mərhələyə daşıyıb.
İngiltərə-Konqo matçında da afrikalılar 7-ci dəqiqədə önə keçərək 75-ci dəqiqəyə qədər bu hesabı qoruya biliblər. Lakin avropalıların hücumçusu Harri Keyn əvvəlcə 75-ci dəqiqədə bərabərlik qolunu, daha sonra isə 86-cı dəqiqədə qələbə qolunu vurub.
Seneqal-Belçika görüşü isə daha dramatik alınıb. Belə ki, 86-cı dəqiqəyə qədər hesabda 2:0 üstün olan afrikalılar məhz bu dəqiqədə ilk qolu, 3 dəqiqə sonra isə ikinci qolu buraxıblar. Nəticədə matç uzanıb və əlavə vaxt oynanılıb. Əlavə vaxtın ikinci hissəsinə əlavə olunmuş vaxtın 5-ci dəqiqəsində isə avropalılar penaltidən fərqlənərək Seneqalın 1/8 final ümidlərini sonlandırıblar.

DİGƏR XƏBƏRLƏR

Top