
Dünya çempionatında 1/16 final mərhələsinin növbəti oyunları keçirilib.
Yeniavaz.com xəbər verir ki, əvvəlcə, Bakı vaxtı ilə saat 00:00-da Belçika və Seneqal milliləri üz-üzə gəlib.
Matç Belçika millisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Oyunun əsas vaxtı 2:2-lik heç-heçə ilə başa çatıb. Əlavə vaxtın ikinci hissəsinin son dəqiqəsində Belçika penalti qazanıb. Tilemans zərbəni dəqiq yerinə yetirib və Belçika hesabda önə keçib. Bununla da avropalılar 1/8 final mərhələsinə adlayıblar.
Günün digər qarşılaşması isə Bakı vaxtı ilə saat 04:00-da ABŞ və Bosniya və Herseqovina millilərinin iştirakı ilə start götürüb.
Matç ABŞ millisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları 45-ci dəqiqədə Folarin Baloqun və 82-ci dəqiqədə Tilman vurub.
Bakoqun, həmçinin 64-cü dəqiqədə qırmızı vərəqə alaraq komandasını 1 nəfər azlıqda qoyub.
Qeyd edək ki, 1/8 final mərhələsində ABŞ və Belçika milliləri üz-üzə gələcək.
Tətbiqimizi yükləyə bilərsiniz