
İyunun 24-ü Venesuelada baş verən dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 2 mini keçib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Bolivar Respublikası Milli Assambleyasının sədri Xorxe Rodriges “Venezolana de Televisión” televiziya kanalına danışıb.
O, ölənlərin sayının 2295-ə çatdığını bildirib.
Zəlzələ 24 iyun axşamı Venesuelada baş verib. Təxminən 40 saniyə ara ilə 7,2 və 7,5 bal gücündə iki təkan qeydə alınıb. Onların episentrləri Venesuelanın Yaracuy əyalətində 10 kilometr aralıda yerləşib.
Tətbiqimizi yükləyə bilərsiniz