
Venesuelada dağıdıcı zəlzələ qurbanlarının xatirəsinə yeddi günlük milli matəm elan edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Bolivar Respublikası Prezidenti vəzifəsini icra edən Delsi Rodrigez sosial şəbəkə hesabında məlumat yayıb.
“Venesuelanın ruhu dağıdıcı zəlzələlərin səbəb olduğu insan itkisi ilə bağlı kədərdən sarsılıb. Bu gün yaxınlarını itirən ailələrin ağrısını bölüşürük və yaralılar, itkin düşmüşlər və zərər çəkmiş icmalar üçün dua edirik”, - Rodrigez yazıb.
Matəm bu gün saat 18:00-dan (Bakı vaxtı ilə 2 iyul, saat 02:00) başlayaraq yeddi gün davam edəcək.
Qeyd edək ki, rəsmi məlumatlara görə, 24 iyunda baş verən 7,2 və 7,5 bal gücündə iki zəlzələdən sonra Venesuelada 1943 nəfər ölüb, 10571 nəfər yaralanıb. Axtarış-xilasetmə işləri davam edir və ölənlərin sayı hər gün artır.
Tətbiqimizi yükləyə bilərsiniz