
Yanacaq çatışmazlığı fonunda Rusiya Hindistandan benzin almağa başlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” sənaye mənbələrinə istinadən məlumat yayıb.
Agentliyin mənbələrindən birinin məlumatına görə, Hindistandan Rusiyaya ən azı 60.000 ton benzin göndərilib. Başqa bir mənbə bildirib ki, hər biri 30.000-40.000 ton benzin daşıyan iki tanker Rusiyaya yola düşüb.
Üçüncü mənbəyə görə, Rusiya ümumilikdə müxtəlif ölkələrdən ayda 400.000 ton benzin idxal etməyi planlaşdırır.
Nəşr qeyd edir ki, yay aylarında Rusiyada benzin istehlakı gündə ən azı 110.000 ton təşkil edir.
Qeyd edək ki, Hindistan Rusiya neftinin ən böyük alıcılarından biridir. “Reuters” qeyd edir ki, iyun ayında Rusiyadan Hindistana neft idxalı rekord həddə çataraq gündə 2,7 milyon barelə çatıb ki, bu da Hindistanın ümumi neft idxalının yarısından çoxunu təşkil edir.
Ukraynanın Rusiya neft emalı zavodlarına dron hücumları nəticəsində yaranan yanacaq böhranı səbəbindən Rusiya Belarusdan daha çox yanacaq almağa başlayıb. May ayının əvvəlindən bəri Rusiyaya tədarük edilən Belarus benzininin qiyməti 1,8 dəfə artıb.
Tətbiqimizi yükləyə bilərsiniz