“PlayStation” oyunları 2028-ci ildən disklərdə satılmayacaq


“Sony” 2028-ci ilin yanvar ayından etibarən “PlayStation” konsollarında buraxılan bütün yeni oyunlar üçün disk istehsalını dayandıracaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə şirkət məlumat yayıb. 
Bildirilib ki, bu, yalnız şirkətin öz oyunlarına deyil, həm də üçüncü tərəf yayımçılarının oyunlarına da aiddir. Oyunlar yalnız rəqəmsal olaraq - ya “PlayStation Store”dan, ya da pərakəndə satış mağazalarından kod kimi əldə edilə biləcək.
Mətbuat açıqlamasında vurğulanır ki, bu qərar artıq buraxılmış və ya 2028-ci ildən əvvəl buraxılması planlaşdırılan oyunlara təsir göstərməyəcək. Onlar diskdə mövcud olmağa davam edəcək.
Şirkət izah edib ki, bütün əyləncə sənayesi tədricən fiziki mediadan rəqəmsal formatlara keçəcək.
Həmçinin şirkət “PlayStation 3” və “PlayStation Vita” konsollarında “PlayStation Store”un bağlanacağını da açıqlayıb. 2027-ci ilin iyul ayında Avropa da daxil olmaqla əksər ölkələrdə dayandırılacaq. Bundan sonra yuxarıda adı çəkilən konsolların sahibləri artıq “PS Store”dan oyun ala bilməyəcəklər, lakin onlar yenə də əvvəllər alınmış bütün məzmunu yükləyə biləcəklər.

DİGƏR XƏBƏRLƏR

Top