“Briqada”nın aktyoru bədbəxt hadisə nəticəsində vəfat etdi


Rusiyalı aktyor Aleksandr Vısokovski bədbəxt hadisə nəticəsində vəfat edib.
Yeniavaz.com
xəbər verir ki, ölkənin İstintaq Komitəsi bu barədə məlumat yayıb.
Bildirilib ki,  bir gün əvvəl Puşçino yaxınlığında yoxa çıxan kişinin cəsədi Moskva yaxınlığındakı Oka çayında tapılıb.
Hüquq-mühafizə orqanları TASS-a kişinin Vısokovski olduğunu təsdiqləyib.
“Baza”nın məlumatına görə, 62 yaşlı aktyor iyunun 30-da oğlu ilə balıq tutmağa gedib və qayıtmayıb.
Karyerası ərzində Aleksandr Vısokovski 25-dən çox rus filmində və televiziya serialında rol alıb. Əksər izləyicilər onu əsasən “Briqada” teleserialındakı Maks rolu ilə tanıyırlar. Vısokovski həmçinin “Bumer” filmində epizodik rol oynayıb. O, həmçinin rejissor və ssenarist kimi də çalışıb.
 

DİGƏR XƏBƏRLƏR

Top