
Almaniya millisi baş məşqçi vəzifəsinə almaniyalı mütəxəssis Yurgen Kloppu nəzərdən keçirir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Sky Sport” telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, əgər təklif olsa, “Liverpul”un keçmiş baş məşqçisi Almaniyanın təklifini qəbul edəcək.
Belə ki, hələlik yekun qərar olmasa da, Almaniya millisinin hazırkı baş məşqçi Yulian Naqelsmannla əməkdaşlığı praktiki olaraq istisnadır.
Çünki 1/8 finala vəsiqə almanlar üçün minimum hesab olunurdu və buna görə də, Naqelsmannın Almaniya Futbol Federasiyası rəhbərliyindəki dəstəyi nəzərəçarpacaq dərəcədə azdır.
Buna görə də, məşqçinin vəzifəsindən azad edilməsi getdikcə daha real ssenari kimi qəbul edilir.
Digər tərəfdən, Yurgen Kloppun da Almaniya millisinə rəhbərlik etməkdə maraqlı olduğu məlum olub. Bu barədə insayder Fabritsio Romano “X” sosial şəbəkə səhifəsində mənbələrə istinadla məlumat verib.
Mənbə Almaniya Futbol Federasiyasından dəvət olarsa, məşqçilikdən fasilə verən Kloppun yenidən məşqçiliyə qayıtmağa hazır olduğunu bildirib.
Qeyd edək ki, Almaniya 1/16 finalda gözlənilmədən Paraqvaya uduzaraq (1:1, 3:4 penalti) 2026-cı il Dünya Kubokundakı mübarizəsini dayandırıb.
Tətbiqimizi yükləyə bilərsiniz