
Şirkətlərin səhmlərinin dəyəri əsasında hesablanan “Bloomberg Milyarderlər İndeksi”nə əsasən, Rusiyanın ən varlı iş adamlarının sərvəti 2026-cı ilin əvvəlindən 4,82 milyard dollar artıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
“Bloomberg Milyarderlər İndeksi”nə görə, ilin əvvəlindən bəri ən böyük sərvət artımı “Severstal”ın təsisçisi Aleksey Mordaşov tərəfindən qeydə alınıb. Onun kapitalı 2,29 milyard dollar artaraq, 28,6 milyard dollara çatıb.
Növbəti yerlərdə “Novatek” şirkətinin rəhbəri Leonid Mixelson (+1,8 milyard dollar, 25,5 milyard dollar), “EvroXim” və “Sibir Kömür Enerji” şirkətinin təsisçisi Andrey Melniçenko (+1,71 milyard dollar, 20,6 milyard dollar), “Volga Group” şirkətinin sahibi Gennadi Timçenko (+1,15 milyard dollar, 15,4 milyard dollar) və “Ural Mədən və Metallurgiya" şirkətinin təsisçisi İsgəndər Mahmudov (+719 milyon dollar, 8,6 milyard dollar) gəlir.
Bundan əlavə, Mixail Fridman (+588 milyon dollardan 10,7 milyard dollara), Süleyman Kərimov (+583 milyon dollardan 11 milyard dollara) və Tatyana Kim (+416 milyon dollardan 8,3 milyard dollara) də sərvəti artanlar arasınadır.
Reytinqdə iştirak edən rusiyalı iş adamları arasında sərvətində ən böyük azalma Mixail Proxorovda qeydə alınıb. Belə ki, onun sərvəti 5,46 milyard dollar azalaraq 11,1 milyard dollara düşüb. “Telegram”ın həmtəsisçisi Pavel Durovun sərvəti 2,21 milyard dollar azalaraq 12,2 milyard dollara düşüb. “NorNikel” şirkətinin prezidenti Vladimir Potaninin sərvəti isə 1,08 milyard dollar azalaraq, 25,3 milyard dollara düşüb.
Qeyd edək ki, 2012-ci ilin martından agentlik planetin ən varlı 500 adamının sərvətləri haqqında məlumatların yer aldığı “Bloomberg Milyarderlər İndeksi”ni dərc edir.
Tətbiqimizi yükləyə bilərsiniz